Yarım ildə Azərbaycanda 12,6 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.07.23 10:03 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 12 milyard 675,8 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 4 milyard 989,5 milyon dolları idxalın, 7 milyard 686,2 milyon dolları isə ixracın payına düşüb.