Azərbaycanın MDB ölkələrinə məhsul ixracı artıb

2020.07.22 18:03 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 710 milyon 830 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 102,1 milyon dollar çoxdur.

Bu ilin 6 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 302 milyon 533 min dollar olub.