Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.07.22 17:45 (UTC+04:00)

İyulun 22-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 50100483S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 407 milyon 752 min 300 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil edib. Notlar avqustun 19-da ödəniləcək.