Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrini mükafatlandırıb

2020.07.22 16:56 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələrini mükafatlandırıb.

Dövlətimizin başçısının sərəncamlarına əsasən 3 nəfərə Prezidentin fərdi təqaüdü, 2 nəfərə Əməkdar Mədəniyyət İşçisi, 38 nəfərə Əməkdar Jurnalist fəxri adları verilib.

Prezidentin digər sərəncamları ilə bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Dostluq” ordeni, 67 nəfər “Tərəqqi” medalı, 22 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.