Eldar İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Son bir ildə Vergilər Nazirliyi sistemində əhatə dairəsi geniş olan böyük islahatlar aparılıb. Bu islahatlar həm fiskal siyasətə yanaşmanı, həm də nazirliyin strukturunun yeni tələblərə uyğunlaşdırılması istiqamətində görülən kompleks tədbirləri əhatə edir. İndi sakit və təmkinli, ölçülü-biçili şəkildə elə bir sistem qurulur ki, vergi ödəyiciləri vaxtlı-vaxtında və heç bir çətinlik çəkmədən vergilərini ödəyə bilsinlər. Yəni həyata keçirilən islahatlar çərçivəsində işlər yüksək səviyyədə qurulub və öhdəliklərin yerinə yetirilməsi üçün daha rahat şərait yaradılıb. Vergi sistemində aparılan islahatlar ölkənin iqtisadi sahədə müəyyən etdiyi hədəflərə çatmaq üçün böyük əhəmiyyət daşıyır və bu islahatların müsbət nəticələrinin şahidi olacağımıza inanıram.