Dövlət büdcəsinin gəlirləri 16,9 faiz artıb

2020.07.21 17:29 (UTC+04:00)

Yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 10 milyard 580,25 milyon manata, xərcləri isə 0,4 faiz azalaraq 9 milyard 392,23 milyon manata olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, daxilolmaların 20,07 faizi əlavə dəyər vergisi, 13,24 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,36 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 1,38 faizi sadələşdirilmiş vergi, 1,82 faizi vergilərin digər növləri, 51,13 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.