İyunda dəniz nəqliyyatı ilə ümumilikdə 65 min 723 ton yük daşınıb ki, bu yüklərin dəyəri 25,7 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 25,3 min ton yükün dəyəri 7,7 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 40 min 358 ton, dəyəri isə 17,9 milyon dollar təşkil edib.