Rusiyada informasiya texnologiyaları sahəsində vergi güzəştləri hazırlanır

2020.07.22 18:22 (UTC+04:00)

Rusiya hökuməti informasiya texnologiyaları sahəsi üzrə vergi manevri etmək barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Layihəyə əsasən, gələn ildən bu sahədə gəlir vergisinin dərəcəsi 20 faizdən 3 faizə, sosial sığorta haqqı isə 14 faizdən 7,6 faizə endiriləcək.

Bildirilib ki, vergi dərəcəsinin 3 faizə salınması mənfəətin yalnız federal xəzinəyə köçürülməli olan hissəsinə aid olacaq. Regional büdcələrə köçürülən hissə üçünsə verginin dərəcəsi sıfır olacaq. Sosial sığorta haqqı ümumilikdə 7,6 faiz təşkil edəcək: icbari sığorta fondu üçün köçürmə 6 faiz, icbari sosial müdafiə haqqı 1,5 faiz, icbari tibbi sığorta haqqı isə 0,1 faiz olacaq.

Qeyd edək ki, Rusiyada informasiya texnologiyalarının inkişafı məqsədi daşıyan bu təklif bir qədər əvvəl ölkə prezidenti tərəfindən edilib.