Bugünkü valyuta hərracında tələb 59,3 milyon dollar olub

2020.07.21 14:34 (UTC+04:00)

İyulun 21-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 59,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.