İctimai Televiziyanın "Sabahın xeyir, Azərbaycan" proqramının "Peşəkar" süjeti vergi işçilərinin peşə bayramına həsr olunub. Süjetdə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədlinin uğur hekayəsi təqdim olunub.
Proqramın qonağı Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin şöbə rəhbəri Rəşad Nuriyev isə tamaşaçıları maraqlandıran suallara cavab verib.