Neft Fondu cari ildə "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 2,2 milyard dollar qazanıb

2020.07.21 18:03 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin əvvəlindən iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2 milyard 206 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.