Dövlət Neft Fondu bu il "Şahdəniz" yatağı üzrə 197 milyon dollar gəlir əldə edib

2020.07.21 15:40 (UTC+04:00)

İlin əvvəlindən iyulun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 197 milyon dollar olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-iyun aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 131 milyon dollar təşkil edib.