İyunda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 98,8 faiz olub

2020.07.21 14:02 (UTC+04:00)

İyun ayında may ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 98,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 96,1 faiz, heyvandarlıq məhsulları üzrə 101 faiz olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz təşkil edib.