Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

2020.07.21 12:49 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın 6 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 460,2 milyon ABŞ dolları, Yunanıstana 248,3 milyon dollar, Xorvatiyaya isə 242,9 milyon dollar olub.