Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5,2 milyon dolları keçib

2020.07.21 10:39 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5,2 milyon dolları keçib.

Bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat verib.

Bildirilib ki, 6 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1,9 milyon dolları ötüb.

Azərbaycandan Moldovaya isə 3,3 milyon dollarldan artıq məhsul ixrac edilib.