Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon 247 min 986 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 207,7 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 6 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 85,4 min ton yükün dəyəri 232,9 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 162,5 min ton, dəyəri isə 974,7 milyon dollar olub.