Vergilər Nazirliyinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

2019.02.11 16:43 (UTC+04:00)

Fevralın 11-də Vergilər Nazirliyinin yaradılmasının 19-cu ildönümü və vergi xidməti işçilərinin peşə bayramı münasibətilə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, abidəsi önünə qızılgül dəstələri qoyublar. Daha sonra nazirliyin kollektivi Şəhidlər xiyabanına gedərək şəhidlərimizin əziz xatirəsini yad edib, məzarları üzərinə al qərənfillər düzüblər. Nazirliyin kollektivi adından "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.