Yanvar-iyun aylarında ölkədən 129,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən bildirilir ki, ixrac edilən məmulatların dəyəri 93,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə 103,3 milyon dollar dəyərində 128,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.