Bitki və heyvan mənşəli piy və yağların ixracı artıb

2020.07.20 16:56 (UTC+04:00)

Bu ilin 6 ayında 11,3 min tonadək bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilir ki, qeyd edilən dövrdə ixrac edilən piy və yağların dəyəri 11,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında 8,1 milyon dollarlıq 7,6 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.