Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,6 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin 6 ayında ölkədə idxalın dəyəri 4 milyard 989,5 milyon dollar olub.