Bu ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,3 faizi sənaye, 21,3 faizi isə tikinti sahəsinə yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yarım ildə ümumi vəsaitin 11,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,2 faizi təhsil, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,5 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,3 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.