Yanvar-iyun aylarında emal sənayesində 5 milyard 911,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 16,3 faiz artım, içki istehsalında 3,8 faiz, qida məhsullarının istehsalında isə 1,1 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından papiros və siqaret istehsalı 41,2 faiz, kolbasa məmulatları istehsalı 33,9 faiz, araq istehsalı 35,7 faiz, pivə istehsalı 14,8 faiz, marqarin istehsalı 13,5 faiz, qaymaq və xama istehsalı 12,4 faiz, kərə yağı istehsalı 2,3 faiz artıb.
Qənd və şəkər tozu istehsalı isə 26,7 faiz azalıb.