Meyvə-tərəvəz ixracı artıb

2020.07.17 14:48 (UTC+04:00)

Yanvar-iyun aylarında ölkədən 327,2 min ton meyvə-tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 328 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin 6 ayında 318,3 milyon dollar dəyərində 325 min ton meyvə-tərəvəz ixrac edilib.