“Azeri Light” neftinin bir barreli 45,06 dollara satılır

2020.07.17 11:59 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 45,06 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.