Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.
AZPROMO-dan bildirilib ki, görüşdə fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.