Neft-qaz sektoruna yatırılmış investisiyalar 17,5 faiz artıb

2020.07.17 09:47 (UTC+04:00)

Yarım ildə neft-qaz sektoruna 2 milyard 778,4 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 17,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-iyun aylarında neft-qaz sektorunda 10 milyard 760,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 2,8 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 2,9 faiz azalıb.

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda istehsal edilib. İyunda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 133,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 141,6 faiz olub.
İyunun 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-may aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3693,1 manat təşkil edib.