Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 728,9 manat olub

2020.07.17 17:18 (UTC+04:00)

Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,9 faiz artaraq 728,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3693,1 manat, qeyri neft-qaz sektorunda 663,7 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 625,9 manat, özəl müəssisələrdə isə 863,7 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.