Mərkəzi Bankın məlumatına görə, iyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 661,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 53,9 faizi xarici, 46,1 faizi isə milli valyutada qoyulub.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,92 (1,87) manata, 100 rus rubluna 2,45 (2,46) manata bərabər olub.