Sığorta sistemində yığımlar 13,5 faiz artıb

2020.07.16 12:23 (UTC+04:00)

Sığorta sistemində ilin əvvəlindən artım var, yığımlar 13,5 faiz artırılıb.
Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

E.Rüstəmov bildirib: “Kapital bazarlarında canlanmanı təşviq edirik. Bu günlərdə “SOCAR Polymer Invesment” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb edib, Azərbaycan banklarını öz ehtiyaclarına uyğun təmin edib. Bu vəziyyətdə təbii ki, təmassız ödəniş sistemlərinin, elektron ödəniş sistemlərinin üzərinə olduqca böyük iş düşüb. İlkin qiymətləndirməyə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyata 37 faiz, təmassız kartların sayı 2 dəfə, təmassız ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz, bankçılıq 2,2 dəfə, internet bankçılıq isə 84 faiz artıb”.