Bağlanan dörd bank üzrə 13,5 min əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb

2020.07.16 14:12 (UTC+04:00)

Bugünkü tarixə bağlanan dörd bank üzrə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.