24 min 300 vergi ödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib

2020.07.16 11:16 (UTC+04:00)

Cari il iyulun 1-nə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergi ödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib.

Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib ki, bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergi ödəyicisinə 63 milyon vəsait verilib.