Yanvar-iyun aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 15 milyard 589,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 12,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yarım ildə qaz nəqlinin 37,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 831,2 milyon kubmetr təbii qaz ixrac edilib.