Cari ildə 33,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2020.07.16 10:30 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 33 milyard 803,9 milyon manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 23 milyard 43,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin hər nəfərinə düşən ÜDM 3393,7 manata bərabər olub.