Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.07.15 18:08 (UTC+04:00)

İyulun 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100383S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 554 milyon 590 min 700 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar avqustun 12-də ödəniləcək.