Aprel-iyun aylarında ölkədə təbii qaz istehlakı artıb

2020.07.15 17:16 (UTC+04:00)

Cari ilin ikinci rübündə Azərbaycanda təbii qazın faktiki istehlak səviyyəsi artaraq 2,2 milyard kubmetrdən çox olub.

SOCAR-dan bildirilib ki, artım əhali kateqoriyası hesabına baş verib. Belə ki, ölkə daxilində əhali tərəfindən istehlak edilən qazın həcmi 20,5 faiz artıb, sənaye və enerji sektoru üzrə qazın istehlak səviyyəsində isə azalma qeydə alınıb.