Son üç ayda SOCAR 5 milyon tondan çox xam neft ixrac edib

2020.07.16 14:53 (UTC+04:00)

İkinci rübdə SOCAR tərəfindən xarici bazarlara 5 milyon tondan çox xam neft ixrac olunub.

Şirkətdən bildirilib ki, hesabat dövründə ölkədən təbii qaz ixracı ümumilikdə 3 milyard kubmetrə yaxın olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz çoxdur. Bilavasitə SOCAR tərəfindən 138 milyon kubmetr qaz ixrac edilib.

Aprel-iyun aylarında neft emalı və neft-kimya məhsullarının ixracı isə təqribən 671 min ton olub.