ABŞ Ticarət Nümayəndəliyi İdarəsinin yaydığı rəsmi açıqlamada Amerikanın bəzi texnologiya şirkətlərinə tətbiq olunan rəqəmsal xidmət vergisinin qarşılığı olaraq,3 milyard dollar dəyərində Fransa 1mallarına 25 faizlik gömrük vergisi tətbiq olunacağı bildirilib.
Açıqlamada Fransanın həyata keçirdiyi rəqəmsal xidmət vergisinin “ayrı-seçkilik yaradan” bir hərəkət olduğu və ABŞ ticarətini məhdudlaşdırdığı vurğulanıb.
Buna qarşılıq olaraq təxminən 1,3 milyard dollarlıq Fransa məhsuluna 25 faizlik gömrük vergisinin tətbiqi barədə qərar verildiyi qeyd olunan sənəddə yeni gömrük vergisi tarifinin 2021-ci il yanvarın 6-danqüvvəyə minəcəyi bildirilib.
Açıqlamada kosmetika və əl çantaları kimi malların da yeni vergiyə aid ediləcəyi göstərilib.
Qeyd edək ki, Fransanın qoyduğu rəqəmsal xidmət vergisi ABŞ-ın “Google”, “Facebook”, “Apple” və“Amazon” kimi transmilli texnologiya firmalarını da əhatə edir.
ABŞ Fransanın tətbiq etdiyi verginin beynəlxalq vergitutma siyasətlərinə uyğun olmadığını iddia edərək ABŞ şirkətlərinə ədalətsiz vergi qoyulması ilə bağlı təhqiqata başlatmışdı.