Bugünkü valyuta hərracında tələb 56,6 milyon dollar olub

2020.07.14 14:40 (UTC+04:00)

İyulun 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən bildirilib ki, hərracda tələb 56,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.