Sahibkarlar Konfederasiyası Türk Şurası ilə birjaların yaradılması və fəaliyyət mexanizmlərini müzakirə edib

2020.07.13 15:03 (UTC+04:00)

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) rəhbər heyətlərinin, eləcə də Türk Ticarət və Sənaye Palatası və Türk Şurasının əməkdaşlarının iştirakı ilə əmtəə birjalarının yaradılması və fəaliyyət mexanizmləri haqqında vebinar keçirib.

Konfederasiyadan bildirilib ki, tədbirdə, Azərbaycanda əmtəə birjalarının yaradılması və ASK-nın rolu, TOBB-un qabaqcıl təcrübəsi, eləcə də birjanın fəaliyyət mexanizmləri və gələcəkdə bu sahədə TOBB-un ASK-ya dəstək imkanları müzakirə olunub.

Daha sonra görüş TOBB-un birjalar sədri Yiğit Ateşin geniş təqdimatı və hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.