Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşulub

2020.07.10 17:58 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, videoçarx ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşlar tərəfindən zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinə dəstək məqsədi daşıyır. KOBİA, "ZiraatBank Azərbaycan" və "Times consulting" şirkətinin birgə təşəbbüsü ilə hazırlanmış videoçarxda koronavirus infeksiyasının təhlükəsi, sosial davranış qaydalaraına riayət edilməsinin vacibliyi vətəndaşların diqqətinə bir daha çatdırılır. Videoçarxın əsas çağırışı “Biz birlikdə güclüyük” şüarıdır.
Qaydalara əməl edək. Özümüzün və yaxınlarımızın sağlamlığını qoruyaq.

https://www.youtube.com/watch?v=zW_n_OMV0y8