Latviyanın Maliyyə Nazirliyi işçi qüvvəsinin ümumi vergilərinin 5 faizi həcmində xüsusi səhiyyə vergisinin tətbiqinin mümkünlüyünü qiymətləndirir. Maliyyə Naziri Yanis Reyrs bu barədə açıqlama verərək bildirib ki, “biz artıq büdcənin necə inkişaf etdiyini və xərcləndiyini qiymətləndirmişik. Gəldiyimiz qənaət budur ki, sağlamlıq kimi xüsusi sosial sahədə hamı iştirak etməlidir” Nazirvergilərin bölüşdürülməsində yeni ünvanlı hissənin ayrılmasının tərəfdarı olduğunu bildirib. O, qeyd edib ki, bu qərarın verilməsi ümumi vergi yükünün artmasına səbəb olmayacaq, ancaq dövlətin səhiyyəni maliyyələşdirəcəyi vəsaitin məbləğini dəqiq başa düşməyə şərait yaradacaq.
Xatırladaq ki, keçən il Latviya hökuməti səhiyyə işçilərinin əməkhaqqını 20 artırmaq üçün maliyyə vəsaitinin mənbəyini tapa bilmədiyinə görə bu addımın atılmasından imtina etmişdi.