İyun ayında 2,1 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

2020.07.10 15:30 (UTC+04:00)

İyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 153,7 milyon kilovat/saat, ixracı 98,8 milyon kilovat/saat, idxalı 9,3 milyon kilovat/saat olub.
Energetika Nazirliyindən bildirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyununda respublikada elektrik enerjisinin istehsalı 14,1 milyon kilovat/saat, ixracı 61,5 milyon kilovat/saat, idxalı isə 9,9 milyon kilovat/saat azalıb.