Dünya birjalarında neftin qiyməti ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar geriləyərək 41,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar ucuzlaşaraq 38,97 dollar təşkil edib.