İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyulun 8-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda "Vimay-Med" Tibb Mərkəzində, Rəşad Nağıyevə məxsus “Toyuq mağazası”nda, Bəhruz Cəfərzadəyə məxsus ərzaq mağazasında, Vaqif Qocayevə məxsus çörək sexində, "Azəri Med" MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “İnci elektrik”, “Okoban evi tikinti materialları”, “Termo ağlay” mağazalarında, “Gənclik market”də, “Kafe şüa”da, Əliəkbər Mirzəyevə məxsus “Bizim bazar”da, Səbail rayonunda “Az Granata” mağazasında, Bəsti Əliyevaya məxsus qarışıq mallar mağazasında, Elgün Dadaşova məxsus “Dönərxana”da, Elman Cəbrayılova məxsus “Çay evi”ndə, Suraxanı rayonunda “Halal market”də, “Elşən market”də, “24 saat market”də, “Aqil market”də, “Tatlı şirniyyat mağazası”ında, “Buta aptek”də, Sabunçu rayonunda “Buta market”də, “Al market”də, “Oba market”də, “Petektaş tikinti malları mağazası”nda, Saleh Əmrahzadəyə məxsus “1001 xırdavat” mağazasında, Xətai rayonunda “Era market”də, “Zeytun aptek”də, “Amal” firmasına məxsus süd məhsulları sexində, Tahir Abbasova və Pəri Hüseynovaya məxsus ərzaq mağazalarında, Qaradağ rayonunda “Uğur market”də, Sona Əliyevaya və Rövşən Xankişiyevə məxsus ərzaq mağazalarında, Nizami rayonunda “Tural market”də, “Naxçıvan lavaşı sexi”ndə, Anaxanım Məmmədovaya məxsus ərzaq dükanında, Elxan Nəbiyevə məxsus “Oboy mağazası”nda, Yasamal rayonunda “Roseland gül mağazası”nda, “Böyük Fırat restoranı”nda, “№1 Şaurma kafe”də, “Baker şirniyyat evi”ndə, Elnarə Şirinovaya məxsus “Zoo mağaza”da, Xəzər rayonunda “Rahat market”də, Nəsimi rayonunda “Novatar mağaza”da, Nemət İsmayılova məxsus qarışıq mallar mağazasında, Gəncə şəhərində “Euro inşaat” və “Mister dekor” mağazalarında, Qobustan rayonunda “Bol market” və “Qobustan market”də, Lənkəran rayonunda “Forsaj avtomobil ehtiyat hissələri” mağazasında, “Seyidoğulları market”də, “Məkan”, “Türk Seramik”, “Zaman” mağazalarında, Füzuli rayonunda “Mandarin LTD”yə məxsus mağazada, Mətanət Dadaşova və Pərviz İbrahimova məxsus “Market”lərdə, Yevlax rayonunda “Araz-Oskar Market”də, Zahir Namazova məxsus tikinti mallarının satışı mağazasında, Esmira Misirxanovaya məxsus aptekdə, Qusar rayonunda “Çiçəyim” və “Optimal” mağazalarında, “Bistro” ictimai-iaşə obyektində, ümumilikdə, monitorinq aparılmış 726 obyektin 258-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 8-də nəzarət tədbirləri keçirilmiş 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 9-dək monitorinq aparılmış 13046 sahibkarlıq subyektindən 6050-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.