Hövsan Yaşayış Kompleksindən mənzil seçimi ilə bağlı statistik məlumatlar açıqlanıb

2020.07.09 16:50 (UTC+04:00)

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi cari il iyunun 30-da uğurla başa çatdırılıb.
Bu barədə agentliyin mətbuat xidmətindən məlumat verilib.
Mənzil seçimi etmiş vətəndaşlara dair və seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
https://mida.gov.az/az/statistics/statistics_19/
https://mida.gov.az/az/statistics/statistics_20/