Cari ildə Azərbaycanda 17,8 milyon ton neft çıxarılıb

2020.07.09 16:02 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.

Energetika Nazirliyindən bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1 milyon ton az olub. Respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib.