“Azeri Light” neftinin bir barreli 44,15 dollara satılır

2020.07.09 11:55 (UTC+04:00)

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar ucuzlaşaraq 44,15 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.