Azərbaycanda təbii qaz hasilatı 11 faizdən çox artıb

2020.07.09 11:17 (UTC+04:00)

Cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda 11 faizdən çox, yəni 2 milyard kubmetrədək artımla 19,3 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, qaz hasilatının 6,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 9,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub.