Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyulun 7-da keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Tatlı şirniyyat mağazası”nda, “Xəzər market”də, “Ballı market”də, “Zəngəzur market”də, “Stop market”də, “Ordubad market”də, Xətai rayonunda “Sərfəli market”də, “Avtobest mağazası”nda, “Flora gül dünyası” mağazasında, “Çinar market”də, Binəqədi rayonunda “1001 xırdavat” mağazasında, “Qalası market”də, Nərimanov rayonunda“Dərələyəz market”də, “Şərur market”də, Tərlan Suvarova məxsus ərzaq mağazasında, Nizami rayonunda “Luksmart market”də, “Xırdavat mağazası”nda, “Ruslan 93 market”də, Qaradağ rayonunda İlqar Xəlilova məxsus “Telefon aksessuarları” mağazasında, Xəyalə Əzizliyə məxsus ərzaq mağazasında, Sabunçu rayonunda “Ay store market”də, “Nur market”də, “İstanbul kafe”də, Təhmasib Məmmədova məxsus “Uşaq aləmi” mağazasında, Səbail rayonunda “Yeni market”də, “Kafe Fryday”də, Yasamal rayonunda “Bol market”də, “Dost market”də, “Yeni market”də, “Super toys” MMC-yə məxsus oyuncaq dükanında, Camal Camalova məxsus ərzaq mağazasında, Nəsimi rayonunda “Antep lahmacun”da, “Loğman aptek”də, Xəzər rayonunda Telman Abdulova məxsus tikinti materialları mağazasında, Gəncə şəhərində “Al market”də, ”Şamaxı rayonunda “888/1 market”də, “Cənnət Məkan Restoran”da, Lənkəran rayonunda “Girdəni Telecom”, “Sultanlar Mebel” mağazalarında, Sultan Sultanova məxsus “İnşaat malları” mağazasında, Füzuli rayonunda Qətibə Əzimovaya, Böyükkişi Ağakişiyevə və Teymur Mustafayevə məxsus “Market”lərdə, Adil Əmirova məxsus “Kafe”də, Bərdə rayonunda “Sizin market”də, “Piramida market”də, “Aptek Dokta”da, “Aptek Avro-1”də, Qusar rayonunda “Uşaq aləmi”, “Ucuzluq geyim satışı” mağazalarında, İlham Kübərova məxsus "Kafe"də, ümumilikdə, monitorinq aparılmış 534 obyektin 231-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
4-7 iyul tarixlərində 1207 müəssisə və obyektdə monitorinq aparılıb, bu obyektlərin 337-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 8-dək monitorinq aparılmış 12353 sahibkarlıq subyektindən 5791-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkar edilib.