Lotereya uduşlarının vergiyə cəlb edilməsi

2019.02.11 12:25 (UTC+04:00)

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Buna əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyaların keçirilməsindən əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğin 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə edilən uduşların 10 manatdan artıq olan hissəsindən isə 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsi, 101.5-ci və 102.1.26-cı maddələr